Noyabrın 11-də Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda rəssam Əmrulla İsrafilovun və heykəltəraş Sahib Quliyevin əsərlərindən ibarət “Rəngkarlıq və heykəltaraşlıq” sərgisinin açılışı olacaq. Sərgi Mədəniyyət və Turizm Nazirliyi və Rəssamlar İttifaqı tərəfindən təşkil olunub.
Sərgidə Əmrulla İsrafilovun 40 rəngkarlıq işi və Sahib Quliyevin 35 heykəltəraşlıq əsəri nümayiş etdiriləcək. Müəlliflərin müxtəlif illərdə yaratdıqları bu əsərlər onların yaradıcılığının əhəmiyyətli hissəsi ilə tanış olmaq imkanı verir.
Ə.İsrafilovun əsərləri Moskvada Rusiya Dövlət Şərq Xalqları İncəsənəti Muzeyində, yerli və xarici sənət xiridarlarının kolleksiyalarında, rəsm qalereyalarında saxlanılır. Heykəltəraş S.Quliyevin əl işləri Azərbaycan Milli İncəsənət Muzeyində və xarici ölkələrdə şəxsi kolleksiyalarda yer alıb.
“Rəngkarlıq və heykəltəraşlıq” sərgisi noyabrın 21-dək davam edəcək.