Sağlamlıq imkanları məhdud gənclərin əl işlərindən ibarət sərgi

Noyabrın 12-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Dövlət Sosial Təminat Xidmətinin, Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzinin və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının təşkilatçılığı ilə “Dünyam mənim” adlı sərginin açılışı oldu.

Rəssamlıq Akademiyasının muzey-sərgi kompleksində təşkil edilən sərgidə sağlamlıq imkanları məhdud gənclərin əl işləri nümayiş olunur. 3 dekabr - Beynəlxalq Əlillər Gününə həsr olunmuş sərginin əsas məqsədi bu insanlara dəstək olmaq, onları cəmiyyətə fərqli prizmadan təqdim etməkdir.
Tədbirdə çıxış edən Rəssamlıq Akademiyasının rektoru, Xalq rəssamı Ömər Eldarov sərginin təhsil ocağında əsl bayram ab-havası yaratdığını bildirdi. Qeyd etdi ki, sərgidə iştirak edən müxtəlif taleli hər bir gəncin məqsədi yaşamaq və yaratmaqdır. Bu cür tədbirlər belə gənclərin cəmiyyətə inteqrasiyasını təşkil etmək üçün humanist bir addımdır.
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov dövlətimizin həmişə sağlamlıq imkanları məhdud olan insanlara xüsusi qayğı göstərdiyini bildirdi. Onların cəmiyyətdə öz yerini tutması üçün bundan da sonra belə layihələrin davam etdiriləcəyini vurğuladı.
Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Təminat Xidmətinin Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzi 2013-cü ilin dekabr ayından fəaliyyət göstərir. Mərkəz respublikada sağlamlıq imkanları məhdud gənclərin sosial reabilitasiyası və peşə hazırlığı sahəsində fəaliyyət göstərən yeganə müəssisədir. Burada rəssamlıq, xalçaçılıq, ağac üzərində oyma, toxuculuq, dərzi və s. peşələr üzrə 3-6 aylıq kurslar keçirilir.
Noyabrın 15-dək davam edəcək sərgidə müxtəlif janr və üslublarda 100-dən artıq əl işi nümayiş olunur. Sərgidə əsərlərin satışı da həyata keçirilir ki, bu da sağlamlıq imkanları məhdud gənclərə çalışdıqları istiqamətlər üzrə əlavə stimul verir.

Fariz Hüseynov







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar