Noyabrın 14-da “Bakı” Rəsm Qalereyasında Beynəlxalq Rəssamlar Federasiyasının və Rusiya Rəssamlar İttifaqının üzvü, tanınmış fırça ustası Olqa Qladkovanın “Sağ ol, Bakı” adlı sərgisi açılıb.
Görkəmli sənətkar, Azərbaycanın və Rusiyanın Xalq rəssamı Tahir Salahov tədbiri açaraq Olqa Qladkova barədə danışıb. Bildirib ki, o, müasir dövrün ən istedadlı rəssamlarından biridir.
Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin sərgini iki ölkə arasında möhkəm dostluğun və mədəni əlaqələrin daha bir təzahürü kimi qiymətləndirib.
Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, Xalq rəssamı Ömər Eldarov və Mədəniyyət və Turizm Nazirliyinin Təsviri və dekorativ sənət sektorunun müdiri Qalib Qasımov çıxışlarında Olqa Qladkovanın yaradıcılığından bəhs ediblər.
Tədbir iştirakçılarına təşəkkür edən O.Qladkova vurğulayıb ki, Bakı onu çoxlu sayda əsərlər yaratmağa ruhlandıran şəhərdir. Paytaxtımız özündə Şərqlə Qərbin dəyərlərini birləşdirir. Noyabrın 16-dək davam edən sərgidə 30 əsər nümayiş etdirilib.








Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar