Noyabrın 26-da Mədəniyyət və Turizm Nazirliyinin və Latviyanın Bakıdakı səfirliyinin dəstəyi, “Arts Council Azerbaijan” və “Arts Council Latvia” qeyri-hökumət təşkilatlarının əməkdaşlığı ilə “Natəvan” qalereyasında latviyalı rəssam Alla Dzevaltovskayanın “Qarabağ atları” adlı sərgisinin açılışı keçirildi.

Tədbirdə çıxış edən Mədəniyyət və Turizm Nazirliyi Təsviri və dekorativ sənət sektorunun müdiri Qalib Qasımov Qarabağ atlarına həsr olunmuş sərginin əhəmiyyətini yüksək qiymətləndirdi. Bildirdi ki, istedadlı rəssam-animalist Alla Dzevaltovskayanın ölkəmizdə ilk dəfə keçirilən bu sərgisi böyük maraq doğurur. “Arts Council Azerbaijan”ın rəhbəri Dadaş Məmmədov rəssamın bədii zövqünün və yaradıcılıq imkanlarının parlaq olduğunu bildirdi. Qeyd etdi ki, rəsmlərdə sanki bir-biri ilə dərdləşən atların qədim Azərbaycan torpağı Qarabağın düşmən tapdağı altında qalmasından məyusluğu əks olunub. Atların şahə qalxmasının təsviri isə xalqımızı mübarizəyə səsləyən bədii ifadədir.
Qeyd edək ki, at mövzusu Alla Dzevaltovskayanın yaradıcılığında xüsusi yer tutur. Onun rəsmlərində atların gözlərində gah kədər, gah da sevinc yaşları kimi müxtəlif hisslər əksini tapır. Gözəllik, incəlik, harmoniya, hərəkət bu rəsmlərin aparıcı özəlliyidir. Atların qaçışı, baxışı, hərəkətləri böyük ustalıqla, canlı təsvir olunub.

Yağlı boya ilə çəkilmiş tablolarda rənglərin uğurlu sintezi, insan duyğularına nüfuz etməsi, atların gözlərindəki həyəcan, döyüşə çağırış və mübarizə ruhu, məğrur duruşlarında düşmənə qəzəb hissi aydın şəkildə nəzərə çarpır. Sərgi noyabrın 30-dək davam edəcək.

Fariz Hüseynov







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar