Dekabrın 19-da Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının muzey-sərgi kompleksində “Baxış” yaradıcılıq festivalı keçiriləcək. Yeni il ərəfəsində təşkil olunan ənənəvi yaradıcılıq günündə akademiyanın tələbələrinin “Düşüncə” adlı müxtəlif üslublu əsərlərindən ibarət sərgisi təqdim olunacaq. Sərgidə dekorativ-tətbiqi sənət nümunələri nümayiş olunacaq.
Bundan əlavə, yaradıcılıq festivalı çərçivəsində “Baxış” adlı sərgidə Zaur Tağıyev, Səkinə Zeynalova, Nadir Cəfərov və başqa gənc rəssamların rəngkarlıq və qrafika növündə əsərləri təqdim ediləcək. Həmçinin rəssam və bəstəkar Azər Səfərovun müəllifi olduğu bəstələrdən ibarət konsert proqramı da təşkil olunacaq. Proqramda “Seyşel adaları” şirkətinin təqdim etdiyi suvenirlərin nümayişi nəzərdə tutulub.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar