Dekabrın 24-də Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Xətai Sənət Mərkəzində gənc rəssamların əsərlərindən ibarət “Yeni simalar” adlı sərgi açılacaq. Sərgi Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyasına, Mədəniyyət və Turizm Nazirliyinin “Gənc rəssamlarla iş Konsepsiyası”na əsasən təşkil olunur. “Yeni simalar” layihəsi gənc rəssamların üzə çıxarılması, onların yeni yaradılmış sənət əsərlərinin nümayişi, gənc simaların ictimaiyyətə təqdim edilməsi məqsədi daşıyır. Dekabrın 26-dək davam edəcək sərgidə gənc rəssamların rəngkarlıq, qrafika və heykəltəraşlıq nümunələri nümayiş etdiriləcək.