Müasir incəsənət sərgisi

Yanvarın 9-da “Kiçik Qala” art qalereyasında “Tranzitə məhdud” adlı müasir incəsənət sərgisi açılacaq. Sərgidə Aqil Abdullayev, Emin Əzizbəyli, Sitarə İbrahimova və Zamir Süleymanovun əsərləri nümayiş olunacaq. “Tranzitə məhdud” sərgisi məkan anlayışını formalaşdırmaq üçün qavrayış ardıcıllığını araşdırır, vizual təqdimetməni adi hüdudlarından çıxararaq məhdudiyyətləri keçir. Sərgi fevralın 10-dək davam edəcək.