TÜRKSOY təşkilatının türkdilli ölkələrin sənət adamlarını bir araya gətirmək, onların arasında yaradıcı ünsiyyəti genişləndirmək məqsədilə həyata keçirdiyi ənənəvi layihələrdən biri də “Rəssamlar görüşü”dür. Bu il 18-ci dəfə keçiriləcək “TÜRKSOY rəssamlar görüşü”nə Türkiyənin Aksaray şəhəri ev sahibliyi edəcək.
Qardaş ölkələrin fırça ustaları iyulun 20-dən avqustun 2-dək burada bir araya gələcəklər.
Xatırladaq ki, “TÜRKSOY rəssamlar görüşü” ötən il iyunun 16-dan iyulun 5-dək Azərbaycanda, qədim Şəki şəhərində keçirilmişdi.