Rusiyanın Samara vilayətinin Azərbaycanlılar Liqasının təşkilatçılığı ilə milli mədəniyyət günləri keçirilib. Tədbir çərçivəsində təşkil olunan sərgidə Tolyatti şəhərində yaşayan tanınmış azərbaycanlı rəssam Bayram Salamovun da əsərləri sərgilənib.
Rusiya Rəssamlarının Yaradıcılıq İttifaqının Samara regional şöbəsinin hesabat sərgisində isə adıçəkilən qurum tərəfindən soydaşımız “Milli mədəniyyətə xidmətinə görə” qızıl medalı ilə təltif olunub.
Bayram Salamov 1965-ci ildə Şəki rayonunun Qoxmuq kəndində anadan olub. 1986-cı ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini bitirib. 1990-cı ildən Rusiyada yaşayır və yaradıcılıqla məşğuldur. Rusiya Rəssamlar İttifaqının üzvüdür. Rəssam Vətəni ilə də yaradıcı əlaqələrini kəsmir. Ötən ilin noyabrında Bakıdakı “1969 qalereya”da fərdi sərgisi keçirilib.
Soltan