“Azərbaycan” kinoteatrı bu ilin payızında 3D formatlı kino nümayiş etdirməyi planlaşdırır. Kinoteatrdan verilən məlumata görə, 3D formatında film nümayişi üçün lazım olan avadanlıqlar yaxın zamanlarda Azərbaycana gətiriləcək. Hələlik üç filmin (“Böyük beyin”, “Taxt-tac: miras” və “Harri Potter və ölüm bacarığı” (I hissə) sözügedən formatda təqdimatı müəyyən olunub.
   Kinoteatrdan onu da bildiriblər ki, gələn aydan burada 4D və 5D formatında da filmlərin nümayişi mümkün olacaq.
   Qeyd edək ki, bu ilin əvvəllərində Milli Parkda birinci 4D formatlı kinoteatr quraşdırılıb. Yaxın zamanlarda burada 5D formatlı kinoteatrın açılacağı da bildirilir.