Məşhur qadın portalı “Village” Türkiyədə “Sizcə türk filmlərinin ən gözəl aktrisası kimdir?” sorğusunu keçirib. Sorğuya 16 min 349 adam qatılıb. Gözlənildiyi kimi, sorğunun qalibi məşhur türk aktrisası Türkan Şoray olub. O, respondentlərin 32.9% səsini qazanıb. İkinci sırada qərarlaşan Gülşən Bubikoğlu 23.9% səs toplayıb.
   Bir çox türk filmlərində baş rolda oynayan Selma Güneri isə 16.7% səslə üçüncü olub. Türk kinosunun sarışın gözəli kimi tanınan Filiz Akın (12.3%) isə dördüncü olub. Oynadığı filmlərlə və aktiv iş həyatı ilə özünü tanıtdıran Hülya Koçyığıt (4.2 %) beşinci, Fatma Girik (3.6%) altıncı sıranı tutublar. Türk kinosunun “Kiçik Xanım-əfəndi” xarakteri ilə xatırlanan ulduzu Belgin Doruk isə sorğuda iştirak edənlərin 2.7% səsini toplayaraq yeddinci sırada qərarlaşıb. Gözəllikləri ilə diqqət çəkən Hala Soyqazi (2.3%), Necla Nazır (1.3%) və Fatma Belge (0.3%) isə sıralamada son üçlükdə qalıblar.