Azərbaycanın görkəmli rejissoru, Xalq artisti Rasim Ocaqovun iki filmi haqqında yazılan resenziya Rusiya şəxsi arxivi tərəfindən Dövlət Film Fonduna təhvil verilib. Fondun direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyevin verdiyi məlumata görə, resenziyalar rejissorun “İstintaq” və “Bağlı qapı arxasında” filmləri haqqındadır. C.Quliyevin sözlərinə görə, “İstintaq” filminə həsr olunan “Vospitaniye pravdoy” adlanan məqalə 1980-ci ildə görkəmli kinoşünas Arkadi Vaqsberq tərəfindən yazılıb. 1984-cü ildə dərc olunan “Bağlı qapı arxasında” adlı resenziyanın müəllifi isə Nina Zarxidir.
Xatırladaq ki, hər iki məqalə “Kino incəsənəti” (“İskusstvo kino”) jurnalında dərc olunub.