Sentyabrın 1-də 67-ci Venesiya kinofestivalı işə başlayıb. Festivalın açılış mərasimi Lido adasındakı Kino Sarayında keçirilib. Nümayiş etdirilən ilk ekran əsəri isə Darren Aronofskinin “Çirkin qu quşu” filmi olub. 
   Bu il festivalın büdcəsi təxminən 700 min avro ixtisar edilib. Odur ki, festival tamaşaçıların görməyə alışdığı qədər təmtəraqlı olmayacaq. Festivalın açılış mərasimində İtaliya prezidenti Corcio Napolitano da iştirak edib. Münsiflər heyətinə isə dünya şöhrətli rejissor Kventin Tarantino rəhbərlik edir. Yaxın 10 gün ərzində festivalda çoxsaylı premyeralar olacaq.