Avqustun 30-da Xətai Sənət Mərkəzində “İstedad sorağında-2” rəsm müsabiqəsinin yekun sərgisi açılacaq.
Mədəniyyət və Turizm Nazirliyinin, Dövlət Rəsm Qalereyasının və Azərbaycan Rəssamlar İttifaqının birgə təşkilatçılığı ilə baş tutacaq sərgidə 70-dən çox yeniyetmə və gəncin müxtəlif mövzulu rəsmləri nümayiş olunacaq.
Qeyd edək ki, layihənin məqsədi Azərbaycanın müasir incəsənətinin və rəssamlığının inkişafına, istedadlı rəssamların, dizayner və heykəltəraşların üzə çıxarılması və onların tanıdılmasına təkan verməkdən ibarətdir.