Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin “Retro Bakı” layihəsi çərçivəsində konsertlər davam edir.
İdarədən bildirilib ki, ötən həftəsonu keçirilən konsertlərdə müğənnilər Nurlan Əzizbəyli, Vüsal Hacıyev, Rüfət Xəlil, Günel İlqarlı, Sənubər Şərifova, Orxan Mirzəyev, Qadir Fətəliyev, Novruz Bəxtiyarlı, Mircabbar Mirbabayev və Rasim Mustafazadə rəngarəng ifaları ilə paytaxt sakinlərinin və şəhərimizin qonaqlarının könüllərini oxşayıblar.
Qeyd edək ki, “Retro Bakı” layihəsi hər həftənin şənbə və bazar günləri axşam saatlarında Fəvvarələr meydanında müxtəlif konsert proqramları ilə oktyabrın ortalarınadək davam edəcək.