Qarabağ xalçaçılıq məktəbi ənənələrini yaşatmaq və gənc nəslə aşılamaq üçün “Al-əlvan Qarabağ” şüşə üzərində rəsm sərgisi keçiriləcək.
Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə yardımı, “Virtual Qarabağ” İKT mərkəzi, “ZƏKA”, “Sağlam Düşüncə” və “IB Club” gənclər təşkilatlarının tərəfdaşlığı ilə həyata keçirilir.
Layihənin məqsədi Qarabağ xalçaçılıq məktəbinin spesifikliyini rəsm sənəti ilə gənclərə təbliğ etməkdir.
Qarabağ xalçaçılıq məktəbinin gözoxşayan ecazkarlığı gənc həvəskar rəssamlar tərəfindən şüşə üzərində təsvir olunaraq nümayiş etdiriləcək.
Sərgilənəcək rəsm əsərləri tamamlanmaq üzrədir. Layihə çərçivəsində ilk sərgi sentyabrın 28-də Şəmkirdə baş tutacaq. Növbəti sərginin isə oktyabr ayında Bakıda keçirilməsi nəzərdə tutulub.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar