Türkiyənin Bursa şəhərində Beynəlxalq Ərtuğrul Qazini anma və İnegöl şənlikləri keçirilib. İnegöl Ərtuğrul Qazi Mədəniyyət və Həmrəylik Dərnəyi tərəfindən keçirilən 18-ci festival üç gün davam edib.
Tədbirdə ölkəmizi Sumqayıt şəhər “Dostluq” mədəniyyət evinin “Xəzri” xalq mahnı və rəqs kollektivi təmsil edib.
Kollektivin İnegöl mədəniyyət parkında və amfiteatrda geniş konsert proqramı ilə çıxışı böyük marağa səbəb olub, “Azərbaycan suitası”, “Sarı gəlin”, “Çobanlar” və digər milli rəqslərimiz türkiyəli tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
Festivalın sonunda kollektiv Bursa Böyükşəhər Bələdiyyəsinin başqanı adından fəxri fərman və hədiyyələrlə təltif olunub.