Gənclər və İdman Nazirliyi və Azərbaycan Fotoqraflar Birliyinin birgə təşkilatçılığı ilə oktyabr ayında “Azərbaycanda islam dünyası və multikulturalizm dəyərləri” mövzusunda gənc fotoqrafların sərgisi keçiriləcək. Tədbirin məqsədi gənclər arasında islam və multikulturalizm dəyərlərini təbliğ etməkdir.
Sərgi üçün 16-29 yaşlı gənclərin işləri qəbul olunur. Fotolar 10 oktyabr 2016-cı il tarixə qədər qəbul ediləcək.
Müsabiqədə iştirak etmək istəyənlər fotoları fotoserqi2016@gmail.com elektron ünvanına göndərməlidir.
Fotolar Azərbaycan Respublikasında çəkilməlidir. Hər iştirakçı 5 foto təqdim edə bilər. Seçilmiş fotoların müəllif hüquqları qorunmaq şərti ilə fotoqrafiyanın yalnız təbliği məqsədilə istifadə edilməsi müəlliflə razılaşdırılacaq.