Oktyabrın 19-da Müasir İncəsənət Muzeyində tanınmış Azərbaycan rəssamı İnna Kostinanın “İstidir, qaqaş” adlı fərdi sərgisi açılacaq. Qeyd edək ki, Bakıda dünyaya göz açan rəssam Moskva İncəsənət Texnikumunun rəngkarlıq fakültəsini bitirib. Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda bədii film və televiziya üzrə quruluşçu rəssam ixtisasında təhsil alıb. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında rəngkarlıq və kino kafedrasında dərs deyir.
Bir sıra yerli və beynəlxalq müsabiqələrin laureatı olan rəssam 250-dən artıq müxtəlif sərginin iştirakçısıdır. O, fərqli üslubu ilə tanınır. Həmçinin, rəssam “batik” texnikası ilə ipək üzərində rəsm işləyən dünyaca məşhur rəssamlardan biridir.