Oktyabrın 16-da Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında bütün rəqs növləri, vokal və instrumental kollektivlərin yarışı keçiriləcək.
“Bakı açıq kuboku” adlı tədbirə Azərbaycanın müxtəlif regionlarından rəqs kollektivləri də qatılacaq. Yarışda çerlidinq, hip-hop, breyk-dans, rəqs şousu, klassik rəqs, milli rəqs, folklor stilizasiyası, dünya xalqlarının rəqsləri, oriyental, solo rəqs, xor, solo ifa, instrumental mahnılar təqdim olunacaq.
Yarışın keçirilməsində məqsəd istedadlı rəqs kollektivlərini, ifaçıları müəyyənləşdirərək Azərbaycanı gələcəkdə beynəlxalq çempionatlarda təmsil etmək, habelə müəllimlər, rəqqaslar arasında təcrübə mübadiləsi aparmaq, yeniyetmə və gəncləri müasir xoreoqrafiyaya cəlb etməkdir.