“Şahdağ” Turizm Mərkəzi noyabrın 15-də Qusar Peşə Liseyi ilə birlikdə “Mətbəx və qidalanma üzrə xidmət” adlı ustad dərsi layihəsinə start verib.
Mərkəzdən verilən məlumata görə, 3 ay davam edəcək layihənin məqsədi peşə liseyinin şagirdlərinə mətbəx və qidalanma sahələri üzrə bilik və bacarıqların artırılması, həmçinin qeyd olunan xidmət sahələri üzrə mütəxəssislərin hazırlanmasıdır. Kurslar mərkəzin “Mətbəx bölməsi” və “Qidalanma üzrə xidmət” şöbəsinin nümayəndələri tərəfindən tədris olunacaq. Kurslara başlamazdan öncə şagirdlər mərkəzin ümumi fəaliyyəti, təqdim olunan xidmətlərlə yaxından tanış olacaqlar.
Mövzular üzrə 20 nəfərdən ibarət olacaq qruplara üç ay ərzində həftədə 2 dəfə olmaqla 3 saatlıq dərslər təşkil ediləcək. Dərs proqramında iştirakçılara qonaqların qarşılanması, yeməklərin hazırlanması, təhlükəsizlik tədbirləri kimi məsələlər, ümumilikdə xidmət sahəsinin incəlikləri öyrədiləcək.
Qusar Peşə Liseyində təşkil olunacaq dərslər bitdikdən sonra qazandıqları nəzəri bilikləri praktiki olaraq təcrübədən keçirmək üçün “Şahdağ” Turizm Mərkəzi daxilində hər mövzu üzrə kursların iştirakçıları ilə 2 dərs əlavə praktiki təlim keçiriləcək.
“Şahdağ” Turizm Mərkəzi tərəfindən xidmət sahəsində çalışacaq gələcək peşəkarların yetişdirilməsinə yönəlmiş bu cür tədbirlərin mütəmadi olaraq təşkil edilməsi nəzərdə tutulur.

Fariz Hüseynov







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar