Diqqət! Çəkiliş gedir!
Bir neçə ay öncə İsmayıllı və Naxçıvanda natura çəkilişləri həyata keçirilən “Onun ürəyi” filminin pavilyon çəkilişləri ötən həftə Bakıda başlandı. Çəkiliş meydançasından reportaj hazırlamaq məqsədi ilə hadisə yerinə - “Moskva” kinoteatrına üz tutduq. İçəridə yaradıcı mühit hakim idi. Filmin son kadrları, Pəri və Ağdanın darvazanı açıb Pərinin sarayına daxil olduğu məqamlar çəkilir. Rejissor Samir Kərimoğlu bir az yorğun, bir az da zarafatla aktyorlara rolu izah edir, operator kadrı qurmağa çalışır, bir sözlə, hərə öz işi ilə məşğuldur.
Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Salnamə” studiyası və “AGP Production”un birgə istehsalı olan “Onun ürəyi” filmi Azərbaycan kinematoqrafiyasında nağıl-müzikl janrında çəkilən və 3D qrafikasında işlənilən ilk filmdir. Filmin süjet xətti Xeyirlə Şərin mübarizəsi üzərində qurulub. Bir zamanlar pərilər şahı öz ailəsi ilə çox xoş günlər keçirirdi. O xalqını çox qorxulu bir cadugərdən - Şərrindən xilas etmiş və onu çox hündür bir dağın başındakı zindanda dustaq etmişdi. Əli heç yana çatmayan Şərrin öz talismanını cadulayır və onu milçəyə bənzər bir həşərata çevirir. Milçək Şərrinin əmri ilə pərilər şahının oğlunu sancır və ağ Ağdan ailəsinin gözü qarşısında qara Qədrana çevrilir. Qədran isə günlərin birində Pəriyə aşiq olur. Bu məhəbbət onun həyatını dəyişir.
Qaradan ağa doğru...
Həmin gün pavilyon çəkilişləri xromokey fonda aparılırdı. Qeyd edək ki, xromokey pavilyon çəkilişlərinin sadəcə bir formasıdır. Xromokey fon- iki və daha çox görüntünün və kadrın bir kompozisiyada birləşməsidir. Yaradıcı qrupun dili ilə desək, bu, Qədranın ağarıb Ağdana döndüyü gündür.
Filmin son kadrları çəkildiyi üçün məsuliyyət daha böyükdür. Rejissorun səsi gəlir: “Motor. Kamera”. Musiqi, irəliyə gedən kamera, fonda iki sevgili, Ağdan və Pəri. Çəkiliş prosesini kənardan izləmək maraqlıdır. Filmin ideya müəllifi bəstəkar Vüqar Camalzadədir. Özünün dediyinə görə, nağıl janrında müziklin olması onun çoxdankı arzusu imiş. Bu ideyanı rejissor Samir Kərimoğluna da o təqdim edib: “Nağıllar aləmi ilə bağlı filmin çəkilməsi mənim çoxdankı arzumdur. Azərbaycan kinosunda “Şir evdən getdi”, “Asif, Vasif, Ağasif” və s. bu kimi müzikl filmlər olsa da, sırf nağıl janrında bu ilk müzikl-filmdir. Filmin yaradıcı heyəti böyük məsuliyyətlə işləyir. Əlimizdən gələn heç bir köməyi əsirgəmirik. Filmin 80 faizi 3D qrafikasında hazırlanacaq”.
Pəri obrazını ifa edən, çoxumuza yeni ulduz yarışmasından tanış olan Aysel İbrahimovaya yaxınlaşırıq. Gözlərindəki iri yaşıl linzanın və geyiminin onu çox narahat etdiyini hiss etməmək olmur. Ayselin bu filmdə Pəri rolunda ifasını rejissora Vüqar Camalzadə məsləhət görüb. Aysel öz rolu haqqında danışır: “Bu rol kinoda mənim debütümdür. Əvvəlcə ilk çəkilişlərdə utanırdım, həyəcan var idi. Lakin indi kollektivə öyrəşmişəm. Hazırda final çəkilişləridir. Gözlərimdəki linzaları səhər tezdən qoyuram ki, film çəkilişlərinə qədər öyrəşə bilim. Əynimdəki paltar isə elə tikilib ki, bu paltarla haradasa oturmaq qeyri-mümkündür”.
Ağdanı ifa edən aktyor Murad Abdullayevə də yaxınlaşıb çəkilişlə bağlı təəssüratlarını öyrənirik. Kaskadyor-aktyor olan M.Abdullayev filmdə rolunun çətin tryuklarla zəngin olduğunu qeyd edir: “Qədran obrazı qaçmaq, tullanmaq, yıxılmaq və s. kimi təhlükəli tryuklar etməlidir. Ona görə də filmə adi aktyor yox, həm də kaskadyorluq qabiliyyəti olan biri lazım idi. Samir ssenarini mənə təqdim edəndə onu çox bəyəndim və baş rolu ifa etməyə razılaşdım. Hətta İsmayıllıdakı çəkilişlərdə qaçıb tullanmaq səhnəsində ayağım da sındı”.
Günorta olduğu üçün kinonun yaradıcı heyəti nahar fasiləsinə çıxıb. Bayaqdan aktyorlara göstəriş verib yaradıcı heyəti filmə kökləyən rejissorun simasında yorğunluq hiss olunur. Ona yaxınlaşıb fikirlərini öyrənirik. “Niyyət” filmindən sonra birdən-birə tam fərqli janra, mövzuya istiqamətlənməsinin səbəbini belə izah edir: “Ümumiyyətlə, bütün film janrlarını xoşlayıram. Bu janra da bəstəkar Vüqar Camalzadənin təklifindən sonra müraciət etdim. Əgər film uğurlu alınarsa nağıl janrında növbəti tammetrajlı film çəkəcəyimi düşünürəm. “Onun ürəyi”ndə bütün hadisələr Qədranın ürəyi ilə bağlıdır. Uşaq yaşlarında cadulanan Qədranın ürəyi qaralır. Daha sonra aşiq olan Qədran xeyir qüvvələrin köməyi ilə tədricən ağarmağa başlayır. Kostyumların eskizini rəssam Sitarə xanımla birgə vermişik. Demək olar ki, filmin çox hissəsini çəkmişik. Filmi 3D formatına çevirməyi də düşünürük. Dekabr ayında film yekunlaşacaq. Premyeranı yanvarda keçirmək istəyirəm”.
Onu da qeyd edək ki, filmin operatoru Nadir Mehdiyev, qrafisti Tural Səfərov, baş prodüser və direktoru Mahir İbrahimovdur.
Yeganə Cansail