Noyabrın 8-də Koreya Respublikasının paytaxtı Seulda türkdilli dövlətlərin mədəniyyət festivalının açılış mərasimi olub.
Ölkəmizin Koreya Respublikasındakı səfirliyinin təşəbbüsü və Koreya Xarici İşlər Nazirliyinin (XİN) təşkilatçılığı ilə keçirilən festivalda Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Türkmənistan təmsil olunur.
Mərasimdə çıxış edən səfir Rəmzi Teymurov deyib ki, Azərbaycan irəli sürdüyü təşəbbüsün keçmiş sovet respublikaları, o cümlədən Azərbaycanın müstəqilliyinin 25-ci ildönümündə reallaşması sevindirici haldır.
Çıxışlardan sonra səhnə türkdilli ölkələrin və Koreya incəsənət xadimlərinin ixtiyarına verilib. Açılış mərasimində Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının üzvləri, “Natiq” ritm qrupu, “Muğam” instrumental ansamblı, digər türkdilli ölkə təmsilçiləri çıxış edib.
Noyabrın 13-dək davam edəcək festival çərçivəsində sərgilər və film nümayişi də nəzərdə tutulub. Festivalda Azərbaycan nümayəndə heyətinin iştirakı Mədəniyyət və Turizm Nazirliyi, SEBA Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyası və Bakı Media Mərkəzinin dəstəyi ilə həyata keçirilir.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar