Azərbaycanın Los-Ancelesdəki (ABŞ) baş konsulluğunda dahi bəstəkar Qara Qarayevin “Yeddi gözəl” baletinə həsr olunmuş gecə keçirilib. Tədbirdə Los-Ancelesdə yerləşən Cedars-Sinai Tibb Mərkəzinin “Bir ürək xilas et” fondunun üzvləri, sənətsevərlər, eləcə də kimya üzrə Nobel mükafatçısı Arye Vorşel iştirak edib.
Baş konsul Nəsimi Ağayev ölkəmizin zəngin mədəniyyət tarixindən söz açaraq, Nizami Gəncəvinin eyniadlı əsəri əsasında Qara Qarayev tərəfindən bəstələnmiş “Yeddi gözəl” baletinin milli mədəniyyət xəzinəmizin ən qiymətli əsərlərindən biri olduğunu vurğulayıb. Q.Qarayevin yaradıcılığı haqda məlumat verən diplomat dahi bəstəkarın 1961-ci ildə ABŞ-a səfər edərək Los-Anceles Musiqi Festivalına qatılmasını və festivalda onun “İldırımlı yollarla” əsərini ikiqat “Oskar” mükafatçısı, tanınmış bəstəkar Franz Vaksmanın dirijorluğu ilə simfonik orkestrin ifa etməsini diqqətə çatdırıb.
“Bir ürək xilas et” fondunun rəhbəri, tanınmış kardioloq İzhar Xaruzi Azərbaycan musiqisinin amerikalı sənətsevərlərdə daim dərin rəğbət hissi yaratdığını qeyd edib.
Gecədə əvvəlcə “Yeddi gözəl” baletinin Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin və ölkəmizin Los-Ancelesdəki baş konsulluğunun dəstəyi ilə 2014-cü ildə Kaliforniyanın San-Dieqo şəhərində uğurla keçən premyerasının videoyazısı nümayiş etdirilib.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar