Mədəniyyət və turizm naziri İslam Tarixi, İncəsənəti və Mədəniyyəti üzrə Araşdırmalar Mərkəzinin baş direktoru ilə görüşüb

Noyabrın 10-da mədəniyyət və turizm naziri Əbülfəs Qarayev İslam Əməkdaşlıq Təşkilatı (İƏT) İslam Tarixi, İncəsənəti və Mədəniyyəti üzrə Araşdırmalar Mərkəzinin (İRCİCA) baş direktoru Halit Eren ilə görüşüb.

Əbülfəs Qarayev Bakıda keçirilən "Qarabağ: tarix və irs" mövzusunda beynəlxalq elmi konfransın təşkilinə verdiyi dəstəyə və konfransda iştirakına görə qonağa təşəkkürünü bildirib, tədbirin Qarabağ irsinin dünyada tanıdılması baxımından əhəmiyyətini vurğulayıb.
Nazir gələcəkdə də belə tədbirlərin keçirilməsi, Qarabağ məsələsi ilə bağlı həqiqətlərin dünyaya tanıdılması baxımından birgə əməkdaşlığı yüksək qiymətləndirib.
İRCİCA-nın baş direktoru Halit Eren gələn il İstanbulda qurumun baş qərargahında Qarabağ irsinin təbliği ilə bağlı tədbirlərin keçirilməsini və alimlərin iştirakı ilə elmi müzakirələrin aparılmasını təklif edib.
Qonaq ölkəmizdə olmaqdan məmnunluğunu bildirib və hər gəlişində Azərbaycan ilə rəhbərlik etdiyi təşkilat arasında əlaqələrin daha da inkişaf etdirilməsi üçün layihələrin həyata keçirildiyini deyib.
Nazir Əbülfəs Qarayev İRCİCA-nın baş direktorunu 2017-ci ildə Bakıda keçiriləcək İslam Həmrəyliyi Oyunlarına dəvət edib və bildirib ki, Oyunlar zamanı xüsusi mədəniyyət proqramının da hazırlanması planlaşdırılır.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar