Bakıdakı Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində “Azərbaycan tolerantlıq nümunəsidir” mövzusunda tədbir keçirilib.
Mərkəzin direktoru Əhməd Sami Əl-Aydi Azərbaycanda yaşadığı müddətdə qarşılaşdığı mehriban münasibətdən, şahidi olduğu tolerant mühitdən söz açıb.
Prezident yanında Bilik Fondunun icraçı direktoru Oqtay Səmədov qurumun “Multikulturalizm ili”ndə bölgələrdə həyata keçirdiyi tədbirlərdən bəhs edib. Bildirib ki, tolerantlıq Azərbaycanın ideoloji, milli və ictimai təhlükəsizliyinin təminatıdır. Tolerantlıq, həmçinin xalqımızın genetik yaddaşında kök salmış dəyərdir.
Şərqşünas alim, Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinin dekanı, akademik Vasim Məmmədəliyev müxtəlif dinlərin nümayəndələrinin Azərbaycanda sülh şəraitində yaşadığını, ölkəmizdə onların hər birinə hörmətlə yanaşıldığını vurğulayıb.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Azad Məmmədov, tolerantlıq ənənələrini azərbaycançılıq ideologiyasının əsas dayağı kimi dəyərləndirib.
Digər çıxış edənlər Azərbaycanın multikulturalizm modelinin dünyada tanıdılmasında, tolerantlığın qorunub saxlanmasında və gələcək nəsillərə ötürülməsində gənclərin qarşısında duran vəzifələrdən söz açıblar.
Sonda “Azərbaycan tolerantlıq nümunəsidir” sənədli filmi nümayiş etdirilib.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar