Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi və BMT İnkişaf Proqramının (BMTİP) rezident nümayəndəsi Qulam İsakzaini qəbul edib.
Görüşdə Azərbaycanla BMTİP arasında əməkdaşlıq məsələləri müzakirə olunub. Əbülfəs Qarayev qeyd edib ki, nazirlik BMT-nin ixtisaslaşmış qurumları olan UNESCO, Dünya Turizm Təşkilatı, BMT-nin Sivilizasiyalar Alyansı ilə sıx əməkdaşlıq etməkdədir və bu əməkdaşlıqda BMTİP-ni də tərəfdaş kimi görməkdən məmnun olardı. Nazir 2017-ci ildə Bakıda keçiriləcək IV Dünya Mədəniyyətlərarası Dialoq Forumu barədə məlumat verərək forum çərçivəsində bir sıra yeni təşəbbüs və layihələrin əsasının qoyulacağını bildirib. Qeyd edib ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən “Bakı prosesi” çərçivəsində təşkil olunan Forum BMT sisteminə daxil olan və digər regional təşkilatlar üçün beynəlxalq problemlərin müzakirə edildiyi mühüm platformadır.
Qulam İsakzai nazirin təkliflərini BMTİP-nin rəhbərinə çatdıracağını qeyd edərək davamlı inkişaf mövzusunda Azərbaycanla əməkdaşlıq etməkdən məmnunluğunu bildirib.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar