Noyabrın 4-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Rusiya Federasiyasının Şimali Osetiya-Alaniya Respublikasının “Alan” Dövlət Rəqs Ansamblının konserti olub.
Kollektiv müxtəlif illərin konsertlərindən ən yaxşı xoreoqrafiya nümunələrini təqdim edib. Ansamblın repertuarına həm Osetiya, həm də Qafqazın digər xalqlarının milli rəqsləri daxildir. Geyimlər, habelə orkestr və mahnı müşayiəti ansamblın çıxışlarına xüsusi kolorit verir. “Alan”ın hər bir çıxışı osetin xalqının tarixini və taleyini əks etdirən kompozisiya təsiri bağışlayır.
Ansamblın bədii rəhbəri Şimali Osetiya-Alaniya Respublikasının Xalq artisti Timur Sikoyevdir.
70 illiyini qeyd edən “Alan” Dövlət Rəqs Ansamblı bu illər ərzində dünyanın müxtəlif ölkələrində Osetiya mədəniyyətini təqdim edib və milyonlarla insanın qəlbinə yol tapıb.