Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin təşkilati dəstəyi ilə yaradıcı gənclər arasında “Tolerant gənclik” beynəlxalq təsviri və dekorativ-tətbiqi sənət müsabiqəsi keçirilir.
Ölkəmizdə “Multikulturalizm ili”nin elan edilməsinə dair tədbirlər planına əsasın keçirilən müsabiqəyə dünyanın müxtəlif ölkələrindən 16-29 yaşlı gənc rəssamların tolerantlıq mövzusunda, istənilən ölçü və texnikada əsərləri qəbul olunur. Əsərlər arxasında müəllif haqqında məlumat, əsərin adı, ölçüsü, texnikası qeyd olunmaqla dekabrın 15-dək ADRA-nın Muzey-sərgi kompleksinə təqdim edilməlidir.
Müsabiqənin yekunları dekabrın 20-də elan ediləcək.