Sumqayıt şəhər Mədəniyyət evinin özfəaliyyət kollektivi Bayraq Günü münasibətilə N saylı hərbi hissədə konsert proqramı ilə çıxış edib. Allahverdi Xəyalın rəhbərlik etdiyi “Xəyal” instrumental ansamblının müşayiəti ilə solistlər Elşən Quliyev və Şahin Qədirsoyun ifasında bəstəkar və xalq mahnıları, eləcə də gənc müğənnilər Zaur Yusifli, İlkin Əlizadə və Sevda Akkayanın ifası əsgər və zabit heyəti tərəfindən alqışlarla qarşılanıb.
Mədəniyyət evinin rəhbərliyinə və özfəaliyyət kollektivinə hərbi hissənin rəhbərliyi tərəfindən təşəkkür elan edilib və fəxri fərman təqdim olunub.