Noyabrın 18-də Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində “Mən Azərbaycanımı sevirəm” adlı rəsm sərgisi açılacaq.
Muzeydən bildirilib ki, dövlət müstəqilliyimizin 25-ci ildönümünə həsr edilmiş sərgidə “Kaspi” liseyinin Bakıxanov filialının şagirdlərinin əl işləri nümayiş olunacaq. Tədbirdə, həmçinin vətənpərvərlik mövzusunda videoçarxlar, G.Şaroyev adına 35 saylı 11 illik Musiqi məktəbinin və Nizami rayon Uşaq və gənclər yaradıcılıq mərkəzinin şagirdləri ədəbi-bədii kompozisiya ilə çıxış edəcəklər.