Noyabrın 10-da Beynəlxalq Muğam Mərkəzində Rusiyanın “Sib-Duo” qrupunun konserti olub. Beynəlxalq müsabiqələr laureatı olan qrupun üzvləri Bakıya ilk dəfə gəldiklərini, konsertdə barokko və klassik musiqilər ifa edəcəklərini deyiblər.
“Sib-Duo” qrupunun təməli dörd il bundan öncə Aleksandr Sirotkin və Andrey Bityutskix tərəfindən qoyulub. Qrup Rusiya, Almaniya, Avstriya, Fransa, İtaliya, Çexiya və Çində keçirilən musiqi forumu və festivallarda iştirak edib, müxtəlif proqramlarla yüzlərlə konsertin iştirakçısı olub. Konsertlərdə qrupu Avropa və Rusiyanın tanınmış musiqi kollektivləri - simfonik və kamera orkestrləri, Rusiya xalq çalğı alətləri orkestrləri müşayiət edib. Qrupun repertuarına dünya və rus musiqisi, estrada və caz janrında nümunələr və xalq mahnılarının xüsusi işləmələri daxildir.
Qrupun Bakıda təqdim etdiyi konsert proqramı maraqla qarşılanıb.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar