Paris Filarmoniyasında Xalq artisti Alim Qasımovun və Əməkdar artist Fərqanə Qasımovanın konserti keçirilib. Konsert Paris Şəhər Teatrı ilə Azərbaycanın Fransadakı səfirliyinin təşkilatçılığı, Heydər Əliyev Fondu və Beynəlxalq Muğam Mərkəzinin dəstəyi ilə gerçəkləşib.
Proqramda Alim Qasımov qızı ilə birlikdə bir sıra muğamlar, xalq və bəstəkar mahnıları və təsniflər ifa edib. Xanəndələrimizin çıxışları tamaşaçıların alqışları ilə müşayiət olunub.
Qeyd edək ki, tanınmış muğam ustası Alim Qasımov iyirmi ilə yaxındır Fransanın müxtəlif şəhərlərində konsertlər verir. Fransalı musiqisevərlər onun yaradıcılığı ilə yaxından tanışdırlar.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar