Kokşetau şəhərində Azərbaycan və Qazaxıstanın dövlət müstəqilliklərinin bərpasının 25 illiyinə həsr olunan silsilə tədbirlər təşkil edilib. SSRİ Xalq artisti, Azərbaycanın görkəmli opera və estrada müğənnisi, bəstəkar Müslüm Maqomayevin xatirəsinə həsr olunan festival da bu qəbildəndir.
Festivalın rəsmi hissəsində Qazaxıstandakı səfirliyimizin müşaviri Ağacavid Ramazanov Azərbaycan xalqının bu böyük oğlunun xatirəsini qəlbində yaşadan tədbir iştirakçılarına minnətdarlıq edərək vurğulayıb ki, Müslüm Maqomayevin dahiyanə yaradıcılığı həmişə bütün dünya xalqlarının, o cümlədən qardaş qazax xalqının diqqət mərkəzində olub.
Tədbirdə görkəmli bəstəkarın təkrarolunmaz populyarlığı, möhtəşəm və misilsiz konsertləri, dahi şair və mütəfəkkir Nizami Gəncəvi rolunu ifa etməsi, həmçinin görkəmli musiqiçinin insani keyfiyyətlərindən, təvazökarlığı və prinsipiallığından söz açılıb. Sonra Kokşetaunun gənc istedadları M.Maqomayevin repertuarından əsərlər ifa ediblər. Sənətkarın repertuarının şah əsəri - “Azərbaycan” mahnısı tamaşaçıların alqışlarına səbəb olub.
Tədbirdə M.Maqomayevin həyat və yaradıcılığından bəhs edən film nümayiş olunub.








Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar