İspaniyanın Tenerife şəhərində “Stars at Tenerife” üçüncü beynəlxalq musiqi müsabiqəsi keçirilib. On ölkədən iştirakçının qatıldığı müsabiqədə Azərbaycanı Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) üçüncü kurs tələbələri Cavid Əzizov və Vüsal Aydəmirov təmsil edib. Müsabiqədə iştirakçıları 9 nəfərdən ibarət münsiflər heyəti qiymətləndirib.
Bakı Musiqi Akademiyasının mətbuat xidmətindən bildirilib ki, müsabiqənin solo nominasiyasında 19-22 yaş qrupu üzrə 8 iştirakçı arasında Cavid Əzizov, 23 və yuxarı yaş qrupu üzrə isə 9 iştirakçı arasında Vüsal Aydəmirov ikinci yerlərə layiq görülüblər.
Müsabiqənin yekun konsertində Azərbaycan təmsilçiləri F.Listin “Ballada” və “Rapsodiya”sı, eləcə də F.Bədəlbəylinin “Dəniz”, T.Quliyevin “Qaytağı” əsərlərini səsləndiriblər. İfalar tamaşaçılar tərəfindən çox böyük rəğbətlə qarşılanıb.
BMA-nın tələbələri münsiflər heyətinin üzvləri tərəfindən növbəti mötəbər müsabiqələrə də dəvət alıblar. Onlar dekabrda Türkiyənin Bursa şəhərində keçiriləcək “Nilufər” adlı müsabiqədə, gələn ilin yanvarında Gürcüstanın paytaxtı Tbilisidə II Beynəlxalq “Motsart” müsabiqəsində və daha sonra isə apreldə Almaniyada beynəlxalq müsabiqədə iştirak etməyi planlaşdırırlar.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar