Noyabrın 16-da 30 saylı Uşaq musiqi məktəbinin və Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) birgə təşkilatçılığı ilə akademiyanın böyük zalında bəstəkar Nazim Əliverdibəyovun (1926-1985) 90 illik yubileyinə həsr olunmuş konsert keçirilib.
Uşaq musiqi məktəbinin müəllimi Sevinc Əzizova bəstəkarın yaradıcılıq yolundan söz açıb. Bəstəkarlar İttifaqının katibləri, əməkdar incəsənət xadimləri Sərdar Fərəcov və Zemfira Qafarova N.Əliverdibəyovun yaradıcılıq dəst-xəttinin bəzi məqamlarını vurğulayaraq, bəstəkarın fəaliyyətindən bəhs ediblər.
Qeyd olunub ki, Nazim Əliverdibəyov Üzeyir Hacıbəylinin "Əsli və Kərəm", "Leyli və Məcnun" operalarını yenidən orkestrləşdirib, bəstəkarın nəşr edilmiş "Leyli və Məcnun" (1983), "Koroğlu" (1985) operalarının partituralarının redaktoru olub. Eyni zamanda bir sıra xalq mahnılarını işləyib və maraqlı əsərlər yazıb.
Tədbirin konsert proqramında musiqi məktəbi şagirdləri bəstəkarın əsərlərini (“Fırça”, “Yollar”, “Hanı o günlər”, “Qaytağı”, “Vals-skerso”, “Elegiya” və s.), işlədiyi xalq mahnılarını (“Laçın”, “Süsən-sünbül”, “Səndən mənə yar olmaz”) ifa ediblər.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar