Sentyabrın 22-də Dövlət Film Fondunda Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş “Müqəddəs zirvə” sənədli filminin təqdimatı keçirildi.
Millət vəkili Qənirə Paşayevanın və Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İctimai Birliyinin dəstəyi ilə çəkilən filmin rejissoru Etibar Məmmədov, redaktoru Günel Paşayeva, baş məsləhətçisi isə Qənirə Paşayevadır.
Mərasimdə çıxış edən Dövlət Film Fondunun direktoru Cəmil Quliyev qəhrəmanlıq mövzusunda çəkilən filmlərin əhəmiyyətini vurğuladı.
Filmin redaktoru Günel Paşayeva Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İctimai Birliyinin Azərbaycanın Milli Qəhrəmanları ilə bağlı həyata keçirdiyi layihələrdən danışaraq 4 film çəkildiyini qeyd etdi: “Müqəddəs zirvə” sənədli filmində Milli Qəhrəman Mübariz İbrahimovun həyatı və keçdiyi şərəfli döyüş yolundan bəhs olunur. Filmdə milli qəhrəmanın valideynləri, yaxınları, həmçinin, daxili qoşunlarda və milli orduda birgə xidmət etdiyi əsgər yoldaşları, komandirlərinin güclü Vətən sevgisinə malik olan bu gənc qəhrəman haqqında xatirələri, fikirləri öz əksini tapıb, Mübariz İbrahimovun Vətən, Qarabağ haqqında düşüncələri xüsusi yer tutur”.
Filmin baş məsləhətçisi Qənirə Paşayeva xalqımızın igid övladlarının qüdrətindən danışaraq şəhidlərin qarşısında baş əydiyini söylədi: “Mübarizin keçdiyi yol ondan mübariz olmağı tələb etdi və Mübariz bu tələbi yerinə yetirdi. Mübariz İbrahimov düşmənə Azərbaycan ordusunun qüdrətini göstərdi. Bu güc, bu qüdrət müasir silahlardan, müasir texnikadan əvvəl Azərbaycan bayrağına dəlicəsinə vurğun olan Azərbaycan əsgərinin ruhundadır. Bu ruhu məhv etmək mümkün deyil. Bu ordu ona görə yenilməzdir ki, Mübariz və onun kimi minlərlə əsgər, getdikləri yola inanıb və onları bu inamdan, bu yoldan heç kim döndərə bilməz”.
Mərasimdə Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsinə ithaf olunmuş, Əməkdar artist Tünzalə Ağayevanın Qənirə Paşayevanın sözlərinə yazdığı “Şəhidim” musiqi kompozisiyasının təqdimatı da keçirildi.
Tədbirdə ombudsman Elmira Süleymanova, Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyinin sədri, Şuşa rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov, millət vəkilləri iştirak edirdilər.
Yeganə