Noyabrın 1-dən 5-dək Türkmənistanın paytaxtı Aşqabadda “Koroğlu” eposu və onun dünya mədəniyyətində rolu” mövzusunda beynəlxalq elmi konfrans keçirilib. Tədbirdə Azərbaycandan da nümayəndə heyəti iştirak edib.
Azərbaycan Aşıqlar Birliyinin katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu bildirib ki, türk xalqlarının əksəriyyətinin şifahi ənənəsində mövcud olan və geniş coğrafi arealda yayılan “Koroğlu” eposuna həsr olunmuş elmi konfransda Bakı Musiqi Akademiyasının Azərbaycan xalq musiqi nəzəriyyəsi və tarixi kafedrasının müdiri Tariyel Məmmədov, aşıqlar Altay Məmmədov, Nəbi Nağıyev və balabançı İbad Allahverdiyev təmsil ediblər. Aşıqlar tədbirin bədii hissəsində çıxış ediblər.








Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar