Horadiz şəhərində Dövlət Rəsm Qalereyası açılıb

Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Füzuli rayonunun Horadiz şəhərində Dövlət Rəsm Qalereyasının açılışında iştirak edib.
Bölgələrdə müasir tipli yeni mədəniyyət infrastrukturu bu sahənin regionlarda hərtərəfli inkişafına stimul verir. Dövlətimiz tərəfindən cəbhəyanı bölgədə yeni mədəniyyət ocaqlarının yaradılmasına xüsusi önəm verilir. Füzuli Dövlət Rəsm Qalereyasının yaradılması da ölkədə mədəniyyət və incəsənətin inkişafına göstərilən diqqətin daha bir nümunəsidir.
Binanın sahəsi 324 kvadratmetrdir. Burada ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin müxtəlif illərdə Füzuli rayonuna səfərlərini əks etdirən fotolardan ibarət guşə yaradılıb. Qalereyanın ikimərtəbəli binasında rəsm əsərlərinin nümayiş etdirilməsi üçün sərgi zalı fəaliyyət göstərir. Gələcəkdə qalereyanın fondunun zənginləşdirilməsi nəzərdə tutulub.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar