Xəbər verdiyimiz kimi, 28 noyabr - 2 dekabr tarixlərində Efiopiyanın Əddis-Əbəbə şəhərində UNESCO-nun Qeyri-maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 11-ci sessiyası keçirilib. Sessiyada Azərbaycanın təşəbbüsü ilə Azərbaycan, Türkiyə, İran, Qazaxıstan və Qırğızıstan tərəfindən birgə təqdim edilən "Lavaş, katırma, jupka, yufka - nazik çörəyin hazırlanma və paylaşma mədəniyyəti" nominasiyası qurumun Qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına daxil edilib.
Sessiyada həmçinin özbək və tacik plov bişirmə ənənəsi UNESCO-nun siyahısına daxil edilib. Tacikistanda “Oşi”, Özbəkistanda “Palav” adlandırılan plov düyü, ət, kök və müxtəlif ədviyyatlardan hazırlanır. Plovun bu ölkələrdə təxminən 200 növü var. Bu ölkələrdə, həmçinin “Toy plovu” ənənəsi də var. Toy gününün səhəri qonaqlar plova qonaq edilirlər. Özbəkistan və Tacikistanda demək olar ki, bütün kişilər və qadınlar plov bişirə bilirlər. Mərasim plovunu bişirmək isə bir qayda olaraq kişilərə həvalə edilir.
Bundan əlavə, sessiyada qazax milli güləşi, bu gün də istifadə olunan qədim gürcü əlifba sistemləri (Mrgvlovani, Nuskhuri i Mxedruli), Belçikanın pivəbişirmə mədəniyyəti (bu ölkədə pivənin 1500-dək növü var), Fransada yaz ərəfəsində qeyd olunan bayram - Granville karnavalı, Kubanın məşhur rumba rəqsi və s. qeyri-mədəni irs nümunələri UNESCO-nun siyahısına salınıb.