Dekabrın 15-də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının müəllimləri - Xalq artisti, akademik Arif Məlikov, Ceyhun Allahverdi və Pikə Axundovanın tələbələri konsert proqramı ilə çıxış edəcəklər. “Arif Məlikov məktəbi” adlı konsertdə BMA-nın bəstəkarlıq kafedrasının I və IV kurs tələbələri iştirak edəcək.