Dekabrın 17-də Azərbaycan Xalça Muzeyində "Bir eksponatın tarixi" layihəsi çərçivəsində tədbir keçiriləcək.
   Muzeydən bildiriblər ki, tədbirdə öz fərdi üslubu ilə hər zaman digərlərindən fərqlənən, təkrarolunmaz və bir-birindən maraqlı fəlsəfi obrazlı xalçalar yaratmış xalçaçı-rəssam Eldar Mikayılzadənin "Nağıllar aləmində" xalçası təqdim olunacaq.
   İştirakçılar həmin xalçanın yaranma tarixinə səyahət imkanı əldə edəcəklər.