Dekabrın 11-də P.İ.Çaykovski adına Ukrayna Milli Musiqi Akademiyasının Böyük zalında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr edilmiş konsert olacaq. Konsert ölkəmizin Ukraynadakı səfirliyi tərəfindən təşkil edilir.
   Azərbaycanın Ukraynadakı diplomatik nümayəndəliyindən verilən məlumata görə, konsertdə “Kiyevskaya kamerata” Milli Solistlər Ansamblı iştirak edəcək. Ukraynanın ən məşhur kamera orkestrlərindən biri olan bu kollektivə Azərbaycanın Xalq artisti, professor Yalçın Adıgözəlov dirijorluq edəcək.
   Proqramda Azərbaycanın və Ukraynanın görkəmli bəstəkarlarının əsərləri səslənəcək.