Dekabrın 23-də Azərbaycan Dövlət Filarmoniyasında tanınmış bəstəkar, Əməkdar incəsənət xadimi, professor Zakir Bağırovun anadan olmasının 100 illiyinə həsr edilmiş yubiley gecəsi keçiriləcək.
Zakir Bağırov musiqinin müxtəlif janrlarında dəyərli əsərlər yazıb. Opera, musiqili komediya, uşaq baleti, fortepiano, tar, kamança ilə simfonik orkestr üçün konsertlər, xalq çalğı alətləri orkestri üçün süitalar, mahnı və romanslar, dram tamaşalarına yazılmış musiqilərin müəllifidir. Bəstəkar musiqi folklorumuzun toplanması və nota salınması sahəsində də fəaliyyət göstərib. O, Tofiq Quliyevlə birlikdə “Rast”, “Dügah” və “Segah-zabul” muğamlarını nota yazıb. Bəstəkar həmçinin “Azərbaycan xalq rəqsləri” məcmuəsinin müəlliflərindən biridir.