-”Vaşinqton Post” qəzeti Nobel mükafatlı türk yazıçısı Orxan Pamukun “Məsumluq muzeyi” romanını 2009-cu ildə “Kitab dünyasının 10 ən yaxşı kitabı” sırasına daxil edib.
   
   -Azərbaycanın da daxil olduğu Avrasiya Yazarlar Birliyinin təsis etdiyi və Türkiyədə çap edilən “Kardeş kalemlər” ədəbi dərgisinin növbəti sayı çapdan çıxıb. Bu sayda Azərbaycan müəlliflərindən Elçinin, Ramiz Əsgərin, Eşqanə Babayevanın, Mehriban Sultanın, Elçin Hüseynbəylinin yaradıcılığına yer verilib.
   
   -Dekabrın 22-də Bakı Atatürk Mərkəzində “Laçın folkloru” kitabı ictimaiyyətə təqdim olunacaq. Tanınmış şair-publisist İlham Qəhrəmanın regional folklor seriyasından olan “Laçın folkloru” kitabına müəllifin uşaqlıqdan üzü bəri Laçında eşitdiyi və Azərbaycanın müxtəlif rayonlarına səpələnmiş laçınlıların dilindən qələmə alınmış lətifələr, bayatılar, səvələmələr, söyləmələr, bəzəmələr, tapmacalar, əfsanələr, söhbətlər, ağılar, deyişmələr və başqa ağız ədəbiyyatı nümunələri toplanıb.
   
   -Gənc şair, avtomobil qəzasında həlak olmuş Fərhad Metenin “Bu şəhərə uzaqdan baxarsan…” şeirlər kitabı nəşrə hazırlanır. Kitabda ədəbiyyata öz nəfəsini gətirmiş şairin şeirləri ilə yanaşı hekayələri, haqqında yazılmış məqalələr daxil edilib. S.Babullaoğlunun tərtibçi və redaktor olduğu bu kitabın dekabrın 22-də təqdimat mərasimi keçiriləcək. Həmin gün həm də şairin ad günü olduğundan xatirə gecəsi təşkil olunacaq.
   
   -Aygün Məcidovanın müəllifliyi ilə çap olunan ”Dəryadan damlalar” adlı yeni nəşr ensiklopedik vəsait olmaqla Azərbaycanın tarixi, ədəbi-mədəni, ictimai-siyasi həyatı və xalqımızın dahi şəxsiyyətləri ilə bağlı ciddi elmi mənbədir. ”Çaşıoğlu” nəşriyyatında hazırlanmış kitab elmi-kütləvi nəşr təqvim formasındadır və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.
   
   -150 cilddə buraxılması nəzərdə tutulan “Dünya ədəbiyyatı kitabxanası” toplusundan daha 6 kitab - Aleksandr Puşkinin, Lev Tolstoyun, Nazim Hikmətin seçilmiş əsərləri, Daniel Defonun “Robinzon Kruzo”, Yunus İmrənin əsərləri və “İngilis ədəbiyyatı antologiyası” nəşr olunub. Lev Tolstoyun seçilmiş əsərləri 3 cilddən ibarət olacaq, hələlik birinci cild işıq üzü görüb. Bundan əvvəl Anton Çexovun, Jül Vernin, Vilyam Şekspirin seçilmiş əsərləri, Sədi Şirazinın “Gülüstan”, “Bustan”, Homerin “İliada” və “Odisseya” poemaları nəşr edilmişdi. Dekabrın 22-də Kitab Klubunda yeni nəşr olunan 6 kitabın təqdimatı keçiriləcək.
   
   -Türkiyə Yazarlar Dərgisi 2009-cu ilin ən yaxşı 10 romanını müəyyənləşdirib. Ayfer Tunç, Oya Bayda, Sema Kaygusuz, Mehmet Eroğlu, Cahide Birgül, Behçet Çelil, İrfan Yalçın, Önay Sözer, Özen Yula, Elif Şafak 10 ən yaxşı roman müəllifi sırasına daxil ediliblər. Qeyd edək ki, seçim cari ildə yazılmış 425 roman içindən aparılıb.
   
   -Məşhur rus yazıçısı V.Nobikovun “Lauranın əsli” romanı ilə axır ki, tanışlıq imkanı mümkün olacaq. Belə ki, yazıçı əsəri üzərində işi tam bitirmədiyini söyləyərək onun çapına icazə verməmişdi. Onun ölümü ilə də uzun illərdir ki, əsərin çapı mübahisə predmetinə çevrilmişdi. İndi isə yazıçının oğlunun icazəsi ilə əsər kitab şəklində ilk olaraq ABŞ-da çap ediləcək. Dekabrın sonlarında işıq üzü görəcək əsər 30 ildir ki, bir bankda əmanət olaraq qorunur.
   
   - 20-ci əsr İsveç yazıçısı Ceyms Barrinin məşhur “Piter Pen” əsərinin davamı yazılıb. Əsərin ardının yazılması ilə bağlı müsabiqə isə C.Barrinin öz əsərindən gələn bütün gəlirləri bağışladığı bir uşaq xəstəxanası tərəfindən elan edilib. Nəticədə G. Mkcaghrin qələmə aldığı “Piter Pen dəfinə ovunda” əsəri müsabiqənin qalibi olub. Müəllif əsərindən gələn maliyyəni xeyriyyə işlərinə sərf edəcəyini bildirib.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar