Oktyabrın 29-da İstanbulda Beynəlxalq “1001 sənədli film” festivalı başlayacaq. Bu il 13-cü dəfə keçiriləcək festivalda 20-si Türkiyədən olmaqla, ABŞ, Almaniya, İran, Argentina, Hindistan, Çin, Fransa və s. (cəmisi 24 ölkə) ölkələrdən 68 sənədli filmin nümayişi keçiriləcək. Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi, “Belgesel Sinemaçılar (Sənədli Kinematoqrafçılar - red.) Birliyi tərəfindən təşkil olunan festivala bir çox əcnəbi rejissorlar qatılacaq.
Noyabrın 4-dək davam edəcək festivalda bu il ilk dəfə “Sinema laboratoriyası” adlı bölüm də yer alacaq. Ersan Ocağın rəhbərlik etdiyi bölümdə ümumi olaraq kino, xüsusilə də dünya sənədli filmində edilən yeniliklər müzakirə ediləcək.
Festivalda nümayiş ediləcək filmlər “İş və əmək”, “Çətin məqamlar”, “Müasir zaman”, “İnsan”, “Evdən uzaqda”, “Sənət” və “Çevrə” başlıqları altında seçilib. Festivalda iştirak edən rejissorlar nümayişdən sonra tamaşaçılarla filmin “hekayə”sini də bölüşəcəklər.
Yeganə