Yanvarın 16-da Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Opera studiyasının üzvləri konsert proqramı ilə çıxış edəcəklər.
Akademiyanın mətbuat xidmətindən bildirilib ki, konsert “Baku Opera Art” layihəsi çərçivəsində gerçəkləşəcək. Layihənin məqsədi Azərbaycanda opera sənətinin inkişafını dəstəkləməkdən ibarətdir.
Proqramda bir sıra operalardan parçalarla yanaşı, Şarl Qunonun “Faust” operasından bütöv akt nümayiş olunacaq. Həmçinin, konsertdə Xalq artisti Gülbacı İmanovanın bədii rəhbərliyi ilə Opera studiyasının kollektivi xor nömrələri səsləndirəcək.
Konsertin bədii rəhbəri BMA-nın rektoru, Xalq artisti, professor Fərhad Bədəlbəylidir.