Yanvarın 16-da Londonda Avropa Azərbaycan Cəmiyyətinin dəstəyi, SOAS Musiqi Departamenti və Şərq Cəmiyyətinin təşkilatçılığı ilə “Azərbaycanda muğam: yeni tendensiyalar və klassik ənənələr” mövzusunda tədbir keçiriləcək.
Tədbirdə AMEA-nın Memarlıq və İncəsənət İnstitutundan sənətşünaslıq üzrə fəlsəfə doktoru Sənubər Bağırova mövzu üzrə çıxış edəcək. Onun çıxışı musiqi parçaları ilə müşayiət olunacaq.
Müasir muğam sənətində son tendensiyalar, muğamın digər musiqi janrları ilə birgə təqdimatı, o cümlədən azərbaycanlı xanəndə Qoçaq Əsgərov və fransız caz ifaçısı Pyer de Treqomenin yaradıcılıq əməkdaşlığından bəhs olunacaq.