“Bizim kino” studiyasında istehsal edilmiş “Cavad xan” bədii filmi (rejissor Rövşən Almuradlı) Ukrayna milli televiziyasının (UMT) birinci kanalında Ukrayna dilində nümayiş etdirilib.
   Film Ukrayna dilinə Azərbaycanın Ukraynadakı səfirliyi tərəfindən tərcümə edilib. Ölkəmizin diplomatik nümayəndəliyində bildiriblər ki, UMT yaxın gələcəkdə öz tamaşaçılarını Azərbaycan kinematoqrafçılarının müxtəlif illərdə çəkdiyi digər filmlərlə də tanış etməyi planlaşdırır.