Yanvarın 21-də dünya şöhrətli muğam ifaçısı, Xalq artisti Alim Qasımov və Əməkdar artist Fərqanə Qasımova Avstraliyanın Sidney şəhərində konsert proqramı ilə çıxış edəcəklər. Konsert yanvarın 7-də start götürən Sidney festivalı çərçivəsində baş tutacaq.
Konsertin afişasında görkəmli ifaçımız haqqında “Alim Qasımov yaşayan ən möhtəşəm müğənnilərdən biridir” ifadəsi yer alıb.
Qeyd edək ki, Sidney festivalı yanvarın 29-dək davam edəcək.